Saakaşvilidən Poroşenkoya AÇIQ MƏKTUB - İstefa ver! - VİDEO

Saakaşvilidən Poroşenkoya AÇIQ MƏKTUB - İstefa ver! - VİDEO
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili prezident Pyotr Poroşenkonu könüllü surətdə vəzifəsindən imtina etməyə çağırıb.

Publika.az xəbər verir ki, o, bunu öz "Feysbuk" səhifəsində paylaşdığı açıq məktubunda deyib.
"Sizin könüllü istefanız əks təqdirdə dərinləşə biləcək siyasi böhranın aradan qaldırılması üçün bəlkə də, son şansdır. Xalqın iradəsi qarşısında baş əyərək könüllü surətdə istefaya gedən prezident əfv və cəzanın yüngülləşəcəyinə ümid bəsləyə bilər", - deyə o bildirib.
Bundan əlavə, Saakaşvili Poroşenkonun ölkədə islahatlar aparmaq istəməsini və onun Ukrayna vətəndaşları arasında reytinqinin aşağı olmasına diqqət yönəldib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az