Sabirabadda azyaşlı faciəli şəkildə öldü
Sabirabad rayonunda azyaşlı faciəli şəkildə ölüb.
Vətəninfo.az-ın
ANS PRESS-ə istinadən məlumatına görə, Sabirabad rayonunun Qəfərli kəndində
azyaşlı Nuranə Mahmudova elektrik cərəyanı vurması nəticəsində
dünyasını dəyişib.
İlkin ehtimala görə hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırmalar başlayıb.
Bundan əvvəl də oxşar hadisə
Kürdəmir rayonunda baş vermişdi. Muradxan kəndində azyaşlı Mehralı Dünyamalıyev yaşadığı evin həyətində
elektrik cərəyanı vurmuşdu.
Azyaşlı "tok" vurması nəticəsində hadisə yerində ölmüşdü.