"Əgər biz bunu etməsək, ölkə fəlakətə yuvarlanacaq"
Səudiyyə Ərəbistanını idarə edən kral ailəsinə mənsub şəxslərdən biri kral Kral Salmanı devirməklə bağlı çağırış edib. Lent.az "The Guardian"a istinadən xəbər verir ki, Həcc ziyarətinin keçirildiyi
dövrdə baş verən faciələr kralın taxtını xeyli laxladıb. Belə ki,
ölkənin qurucusu olan Kral Abdülaziz bin Səudun yüzlərlə nəvəsindən biri
olan şahzadələrdən biri internetdəki səhifəsi vasitəsi ilə iki məktub
yayımlayıb və bu məktublarda ailə üzvlərinin krala etimadsızlıq
göstərməsini xahiş edib.
"The Guardian"a açıqlama verən şahzadə bildirib ki, kral ailəsinin bir sıra digər üzvləri də onunla həmfikirdir: "Əslində kralın vəziyyəti stabil deyil və ölkəni onun oğlu idarə edir”.
"Üsyankar” şahzadə bir müddət əvvəl vəfat edən Kral Abdülazizin sağ olan övladlarının bəzilərinin Kral Salmanın taxtdan salınmasına çalışdığını iddia edib: "Yaxın vaxtlarda əmilərim bir araya gəlib həmin məktubları müzakirə edəcək. Əmim oğullarıyla birgə plan hazırlayırıq və bu plan bizi məqsədimizə çatdıracaq. Əminik ki, Salmanı taxtdan sala biləcəyik, çünki xalq da ondan narazıdır. Müxtəlif kəsimlərdən, əşirətdən də dəstək gəlir. Əgər biz bunu etməsək, ölkə fəlakətə yuvarlanacaq”.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL