Sarkisyanın iqamətgahı önündə kütləvi aksiya başladı - VİDEO

Sarkisyanın iqamətgahı önündə kütləvi aksiya başladı - VİDEO
Ermənistanda parlamentin üzvü Nikol Paşinyanın liderliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən nümayişçilər hökumət başçısının iqamətgahı önünə toplaşıblar.
 
Unikal.org "news.am”a istinadən verdiyi məlumata görə, Nikol Paşinyan iqamətgahın blokadaya alınacağını elan edib. İqamətgahın qarşısında yalnız bir neçə polis əməkdaşının olduğu bildirilir.
N. Paşinyan çıxışında deyib ki, gecə Sers Sarkisyan polis qüvvələrinin və tikanlı məftillərin küçələrdən yığışdırılmasına göstəriş verib: "Çünki mən dünən Respublika meydanında bəyan etmişdim ki, bundan sonra Serj Sarkisyan Ermənistana tikanlı məftillərin arxasından boylanacaq".
Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir təyin olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.
 
Ermənistanda etiraz aksiyaları aprelin 13-dən başlayıb.
 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az