Bu gün səhər saatlarında "Sədərək” ticarət mərkəzində qanlı olay baş verib.
VİZUAL.az xəbər verir ki, daxil olan məlumata görə, ticarət mərkəzinin "Elit” bölməsində müştəri ilə bazarın iki mühafizəçisi arasındakı mübahisə ölümlə nəticələnib. Belə ki, səhər saatlarında "Sədərək " ticarət mərkəzinin müdiri Yusif Qədimovun oğlu Mehman Qədimov iki mühafizəçi ilə birgə bazarda gəzirmiş. Bu zaman bir müştərinin siqaret çəkdiyini görən M. Qədimov ona burada siqaret çəkməyin qadağan olduğunu deyib.
Xəbərdarlıqdan sonra müştəri siqareti söndürərək yerə atıb. Mühafizəçilər isə siqareti yerdən götürüb zibil qutusuna atmağı ondan istədikdə isə tərəflər arasında mübahisə yaranıb. Bu zaman müştəri corabında gizlətdiyi bıçağı ilə mühafizəçinin birini yaralıyıb, o birini isə öldürüb.
Hadisə yerinə gələn polislər müştərini həbs ediblər.|Qafqazinfo
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL