"Sədərək” Ticarət Mərkəzi”ndə hər şey öz qaydasındadır”.
Bunu "Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim mərkəzin iflasa uğraması xəbərlərinə münasibət bildirərkən deyib. O, inanmayanları ticarət mərkəzinə dəvət edib:
"İnanmayanlar gəlib hər şeyi öz gözləri ilə görsünlər. Yazıblar ki, Rusiyada baş verənlər bizə də təsir edib. "Sədərək” Ticarət Mərkəzi Azərbaycanın bir hissəsidir. Təbii ki, ölkədə gedən iqtisadi proseslər hər bir sahəyə olduğu kimi, ticarətə də təsirsiz ötüşməyib. Dünyada gedən prosesləri, neftin qiymətini, devalvasiyanı "Sədərək” Ticarət Mərkəzi tənzimləmir. Baş verənləri "ticarət mərkəzi çökür” kimi təqdim etmək düzgün deyil”.
Kəmaləddin Qədim sahibkarların çətin durumda olması və icarə haqlarını ödəyə bilməməsinə də münasibət bildirib:
"Elə sahibkar var ki, bir neçə aydır icarə haqqını ödəyə bilmir.
Biz onları gözləyir və lazımi güzəştlər də edirik. Heç kimin də narazılığı yoxdur. İnanmayanlar gəlib elə sahibkarların özü ilə də danışa bilər. Bazarda heç kim sıxışdırılmır.
Alıcılıq qabiliyyəti də pis deyil. Əlbəttə, əvvəlki dövrlə müqayisədə alver nisbətən zəifləyib, amma bu normaldır. Çünki hər yerdə vəziyyət bu cürdür”.
Modern.az
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?