Səfiri öldürən ABŞ agenti imiş - ŞOK İDDİA

Səfiri öldürən ABŞ agenti imiş - ŞOK İDDİA
Ankarada Rusiya səfiri Andrey Karlovu qətlə yetirən Mərt Altıntaş barədə yeni iddialar ortaya çıxıb.

Rusiyadan qətli araşdırmaq üçün gələn xüsusi heyyət Altıntaşın telefonundan bir sıra məlumatlar əldə edə bilib.

Xəbərə görə, Altıntaşın telefonunda 4 rəqəmli şifrə sındırıldıqdan sonra onun 15 iyulda dövlət çevrilişinə cəhd zamanı hərəkət planı aşkar olunib.

Mərt Altıntaş 15 iyul günü hazırda "FETÖ" işi ilə əlaqədar həbsdə olan Diyarbəkir polis idarəsinin rəisi Qəhrəman Sezərdən icazə alaraq İraqın Ərbil şəhərinə gedib.

Onun telefonundan ən son siqnal ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Ərbildəki ofisinin yanında qeydə alınıb.

Daha sonra telefon söndürülür və 7 saat sonra Ankarada siqnal qeyd alınır.(Ölkə.Az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az