Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Vəliyev Rauf Fəxrəddin oğlu Ağdamda dəfn edilib.
Vətəninfo.az-ın APA-ya istinadla xəbərinə görə, 1991-ci il təvəllüdlü Rauf Vəliyev yaşadığı Ağdam rayonu Ayaq Qərvənd kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri iştirak edib.
Qeyd edək ki, sentyabrın 27-də gün
ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin
qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin
fəallaşmaq cəhdinin qarşısı alınıb.
Erməni hərbi bölmələrinin ön
səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun
müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma
məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi
qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Düşmənlə ağır döyüşlərdə cəbhənin
müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu -
Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və
Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”