Dünən Türkiyənin Siirt bölgəsində PKK terror təşkilatının hərbi avtomobili partlatması nəticəsində şəhid olan 8 şəhiddən birinin telefonuna morqda gələn zəng hər kəsi çarəsiz vəziyyətə salıb.
Vətəninfo.az-ın məlumatına görə, "Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rəcəb Beycurun cibindəki telefon cənazəsi Siirt Dövlət Xəstəxanasının morquna gətirilən zaman zəng çalıb. Telefona zəng edən şəxsin şəhidin anası olduğu bilinəndə isə telefon əldən-ələ dolaşsa da, onu heç kim açmağa cəsarət etməyib.
Xəstəxana işçisi həmin anı belə anladıb: "Komandir telefonu çıxaranda "anam” yazılı bir ad çıxdı. "Anam” 2-3 dəfə zəng etdi, lakin komandir telefonu məşğul kimi göstərdi. Orada duyğulu anlar yaşandı. Həmin insanların həqiqətən də deyəcək sözləri yox idi. Çünki sözün bitdiyi yerdəydik. Prokuror da, əsgər də telefona cavab verə bilmədi. Komandir isə dözmədi və telefonu tamamilə söndürdü”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL