Travmatoloq Hidayət Ələsgərov Azerbaycaninfo.az-a Səhiyyə nazirliyinin qaynar xətt şöbəsinin işçisi Abdiyev Daxil Zeynal oğlunun onun başına açdığı müsibətlərdən söhbət açıb.
Şikayətçi Hidayət Ələsgərov bildirir ki, işə düzəlmək adı altında Abdiyev Daxil Zeynal oğlu və nazirliyin digər işçisi Əliyev Akif müxtəlif vaxtlarda külli miqdarda pul alaraq onaqarşı dələduzluq ediblər. Onun sözlərinə görə, 26 min dolları alan Səhiyyə Nazirliyinin işçisi onu nə işlə təmin edib, nə də pulunu qaytarıb.
Şikayətçi bildirir ki, hər dəfə pul alanda pulun nazirlikdə mühüm adamlara çatacağını bildirərək onu aldatmağa müyəssər olmuşdur. İndi işsiz qalan həkim iş axtarır. Baş vermiş qanun pozuntusuyla bağlı Səhiyyə nazirliyinin aidiyyatı qurumları məlumatlandırılmış, amma müsbət nəticə əldə olmamışdır. Dələduz fırıldağına məruz qalan həkim travmatoloq ölkə rəhbərliyindən kömək istəyir.
Həkimin dediyinə görə işlə bağlı döymədiyi qapı qalmayıb. "Təəssüflər olsun ki, mənim kimi Respublikada müalicə yolu ilə sümüyü uzadan ikinci bir həkim kimi az-az tapılar. Ancaq məni nə bir dinləyən, nə də ki, mənə kömək edən var. Ümidim yalnız ölkə prezidenti İlham Əliyevədir".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL