“Şəhriyar-99” firmasında məhsul istehsalı qadağan edilib

“Şəhriyar-99” firmasında məhsul istehsalı qadağan edilib

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən polad əritmə və tökmə, 6 və 8 millimetrlik polad yuvarlaq, çoxpilləli seksiyalı mərkəzdənqaçma nasosları və mancanaq dəzgahlarının hissələri istehsalı ilə məşğul olan "Şəhriyar-99” firmasında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

 Komitədən "APA-Economics”ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, firmanın istehsal sahəsi 6 və 8 mm.lik  polad yuvarlaq (katinka) istehsalı üçün nəzərdə tutulub. Lakin, müəssisədə çoxpilləli seksiyalı mərkəzdənqaçma nasosları və mancanaq dəzgahlarının hissələri də istehsal olunub. Sözügedən məhsullar uyğunluq sertifikatı olmadan istehsal edilib ki, bununla da "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinin tələbi pozulub. Həmçinin, polad yuvarlaqları istehsal edən dəzgahların ehtiyat hissələrinin hazırlanmasında istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən olunub. Bununla da, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasını Qanununun tələbləri pozulub.

Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və məhsulların istehsalına qadağa qoyulub.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az