Şəmkir rayonunda 48 yaşlı qadın əri tərəfindən bıçaqlanıb

Şəmkir rayonunda 48 yaşlı qadın əri tərəfindən bıçaqlanıb

Şəmkir rayonunun Sabirkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

Miq.az «Kəpəz TV»yə istinadən xəbər verir ki, лənd sakini 48 yaşlı Yasəmən İbrahimova sağ süd vəzinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Əməliyyatdan sonra palataya yerləşdirilən xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsindən verilən məlumata görə Yasəmən İbrahimova ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hələlik həmin şəxs saxlanılmayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az