Şəmkir sakinini tüfənglə qətlə yetirib qaçan şəxs tutulub

Şəmkir sakinini tüfənglə qətlə yetirib qaçan şəxs tutulub

Şəmkir rayonunda qətl törədin qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 22-də saat 14 radələrində Seyfəli kəndindəki bir evin həyətindəki yardımçı təsərrüfatda rayon sakini Ruslan Bayramovun meyitinin tapılması barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayonun Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mustafa Eyubovun tüfəngdən açdığı atəşlə R.Bayramovu öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Eyubov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində tutularaq istintaqa təhvil verilib.
Çinarlı qəsəbəsindəki evə baxış zamanı onun cinayəti törədərkən istifadə etdiyi R.Bayramova məxsus "TOZ-16” markalı ov tüfəngi və 29 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az