SƏRHƏDƏ QOŞUN YERİDİLDİ-İraq Türkiyə ilə müharibə astanasında

SƏRHƏDƏ QOŞUN YERİDİLDİ-İraq Türkiyə ilə müharibə astanasında

İraq ordusu bu gecə Türkiyə ilə sərhəddə yerləşən Şırnakın Silopil məntəqəsinə tank, top, "Əqrəb” adlı zirehli texnika və qoşun toplayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İraq ordusu bunu İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyat hazırlıqları çərçivəsində etdiyini bəyan edib.
İraq hökuməti isə Türkiyə ilə sərhədə hərbi texnika və qoşunların toplanmasını sərhəddə gözlənilən təhlükələrin qarşısını almaq məqsədi daşıdğını bildirib.
Xatırladaq ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin İŞİD-ə qarşı döyüşmək üçün İraqa girəcəyini bəyan edib. İraqın baş naziri isə buna görə Türkiyəyə qarşı sərt bəyanatla çıxış edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az