Serj Sarkisyandan savaş mesajı: Hazır olun!

Serj Sarkisyandan savaş mesajı: Hazır olun!
Ən yaxın gələcəkdə müharibə yenidən başlaya bilər

"Qarabağda yeni müharibə təhlükəsi mövcuddur. Bu, bir neçə həftəyə, yaxud bir neçə aya baş verə bilər. Buna görə də baş komandan və müdafiə naziri müharibəyə hazır olmalıdır. Hansı ki, bu, sabah başlaya bilər” İstiPress-in məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan "Frans-press” agentliyinə müsahibəsində deyib.

Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öhdəliklərini yerinə yetirməsi tələbini xatırladaraq, müharibə qorxusunun olduğunu bildirib. Əlavə edib ki, ən yaxın gələcəkdə müharibə yenidən başlaya bilər.

Serj Sarkisyan həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyadan kömək istəyib. O, Azərbaycanın qarşısını ala bilməyəcəklərini etiraf edib. Həmçinin, Rusiyanın Azərbaycana silah satmasından təəssüfləndiklərini bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az