Sərxoş olan əsgərlər şəhərdə zirehli maşın ilə gəziblər.
Vətəninfo.az-ın məlumatına görə, Aznews.az
xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Çita şəhərində polis
əməkdaşları zirehli maşın ilə şəhərdə gəzən 2 əsgəri saxlayıb.
"Zirehli
maşının şəhərdə gəzməsi barədə dünən gecə məlumat almışıq. Şahidlərin
sözlərinə görə, zirehli maşın yola çıxıb, qəza vəziyyəti yaratmaqla
qarşı hərəkət zolağına çıxıb. Yoxlama üçün hadisə yerinə yol polisi
qrupları göndərilib”, -deyə DİN mətbuat katibi Larisa İvanova bildirib.
Zirehli maşın polis tərəfindən yaşayış evlərinin həyətində saxlanılıb.
Lakin, maşının içərisində olan şəxslər maşından düşməkdən imtina
ediblər. Yol polis müfəttişləri hərbi formada olan 2 sərxoş şəxsi
zirehli maşından çıxarmaq üçün maşının şüşələrini sındırmalı olublar.
İvanova qeyd edib ki, zirehli maşının sürücüsü barədə içkili maşın
idarə etdiyi üçün protokol tərtib edilib: "Bundan əlavə onun zirehli
maşını idarə etmək hüququ olmayıb . Saxlanılan sürücü və sərnişin hərbi
komendaturaya təhvil verilib. Prosesual qərarın qəbul edilməsi üçün
istintaq öncəsi materiallar hərbi prokurorluğa göndərilib”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL