Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Dilmanc” layihəsi çərçivəsində hazırlanan "Dilmanc İmla” proqramının yeni versiyası çıxıb.
Tamamilə ödənişsiz
yayılan "Dilmanc İmla” proqramı şifahi nitqi avtomatik olaraq yazıya
çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa,
sənədləri hazırlamağa imkan verir.
Proqramın yeni versiyası şifahi danışığı yazıya çevirərkən durğu
işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə
yazır. Layihədən verilən məlumata görə, bütün nitqin tanınması
sistemləri şifahi danışığı yazıya çevirərkən durğu işarələrinin harada
olması, nitqə qulaq asaraq hansı sözün böyük hərflə yazılmalı olduğundan
məlumatsız olurlar. Problemi həll etmək üçün internetdə bütün
azərbaycandilli saytlardakı mətnlər köçürülərək maşın öyrənməsi
alqoritmləri ilə analiz edilib, durğu işarələrinin yerini və xüsusi
isimləri avtomatik müəyyən edən statistik modellər yaradılıb.
"Dilmanc İmla” proqramını ödənişsiz olaraq "Android” və "iOS”
telefonlarına yükləmək mümkündür. Daha sonra layihənin saytından
(dilmanc.az/dilmanc-imla) kompüterə əlaqələndirici proqram yükləmək
lazımdır. Bu proqramda göstərilən kodu telefona daxil etdikdən sonra
telefona deyilən şifahi nitq avtomatik olaraq mətnə çevrilib kompüterdə
yazılır və klaviaturada yazmağa ehtiyac qalmır.
Trend
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”