Silahlılar Kardaşyanı girov götürdülər - Parisdə gərgin anlar

Silahlılar Kardaşyanı girov götürdülər - Parisdə gərgin anlar

Ötən gecə Parisdə erməni əsilli amerikalı model Kim Kardaşyan naməlum şəxslər tərəfindən qaldığı mehmanxana otağında girov götürülüb.

Bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, Kardaşyan beş silahlı tərəfindən girov götürülüb və iki saatdan çox tutublar. Silahlı şəxslər daha sonra olay yerindən surətlə uzaqlaşıblar. Onların nə məqsədlə Kimi girov götürdüyü bəlli deyil.

Kardaşyanın köməkçisi İna Tresokis bildirib ki, hadisə nəticəsində model xəsarət almayıb. Olay nəticəsində model bərk gorxub və ciddi şok keçirib. 

Məlumata görə, onun milyonlarla dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az