Şimali Koreya növbəti dəfə ballistik raket atıb

Şimali Koreya növbəti dəfə ballistik raket atıb

Avqustun 3-də Şimali Koreya Yapon dənizi istiqamətində növbəti dəfə ballistik raket atıb.

Bu barədə RİA Novosti Agentliyi məlumat yayıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin bəyanatına əsasən, raket atışı Xvanxe-Namdo əyalətində həyata keçirilib. Bu ölkədə ballistik raketlərin son sınaqları iyulun ortalarında olmuşdu.

Yaponiya sınaqlarla bağlı Pxenyana etirazını bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az