SOCAR-dan Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş verən partlayışla bağlı MƏLUMAT

SOCAR-dan Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş verən partlayışla bağlı MƏLUMAT

Avqustun 24-ü gecə saatlarında Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış bölgəsindən keçən hissəsində yenidən partlayış törədilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) qaz boru kəmərinin partlayışın baş verdiyi hissəsinin operatoru olan və kəmərin mühafizəsi işini həyata keçirən Türkiyənin "Botaş” şirkəti ilə daimi əlaqədədir.

SOCAR-dan bildirilib ki, "Botaş” şirkətindən verilən məlumata görə, hazırda boru kəmərində təmir işlərinə başlanılıb və partlayışın səbəbləri araşdırılır. Boru kəmərində təmir işlərinin bir neçə gün davam edəcəyi qeyd olunub.

Bildirilib ki, avqustun 23-ü axşam saatlarından etibarən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” platformasından qazın hasilatı bərpa edilib. Platformanın tam gücü ilə işlənilməsi prosesi isə mərhələli şəkildə həyata keçirilir.

Xatırladaq ki, "Şahdəniz” layihəsinin operatoru olan bp şirkəti illik iş proqramına əsasən avqustun 2-dən "Şahdəniz” platformasının, həmçinin Səngəçal terminalındakı "Şahdəniz” qurğularının təxminən 20 gün ərzində planlaşdırılmış dayandırılması proqramını həyata keçirib. Plana uyğun olaraq profilaktik, inspeksiya və layihə işlərinin səmərəli aparılması məqsədilə "Şahdəniz” platformasından hasilat avqustun 2-dən başlayaraq tədricən azalmışdı.

Qeyd edək ki, avqustun 3-də də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin həmin hissəsində partlayış törədilmişdi.

Modern.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az