"SOCAR-Georgia" basqın xəbərini təkzib edib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində gecə saatlarında Moskva prospektində (Tbilisi ətrafı) fəaliyyət göstərən SOCAR yanacaqdoldurma stansiyasının mağazasına basqın olunmayıb.
Vətəninfo.az  "Report"a istinadla xəbər verir ki, bunu "SOCAR-Georgia" şirkətinin mətbuat xidmətindən məlumat verilib: "Qarət olunan obyekt yanacaqdoldurma stansiyasının yaxınlığında yerləşən kiçik bir mağaza olub və onun bizim şirkətə heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri Gürcüstanda SOCAR yanacaqdoldurma stansiyasının mağazasına naməlum şəxsin soyuq silahla daxil olaraq oradan 800-900 lari (350-400 dollar) nağd pul çıxardığını yazıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az