SOS: Bərdənin münbit əkinə yararlı torpaqlarında qrunt suları ildən - ilə artır

SOS: Bərdənin münbit əkinə yararlı torpaqlarında qrunt suları ildən - ilə artır

Əhməd Əhmədzadənin idarələri Şəhid ailəsinə məxsus torpağı məhv ediblər

Bərdə rayonunun Mustafaağalı kənd sakini şəhid anası Əsli Muradova özünün pay torpağında pambıq əkmək istəyir. Pambıq zavodlarından biri ilə müqavilə də bağlayıb. Dekabr ayında əkin işləri aparılıb. Fevral ayında pambığın şumu arat olunub. O zamanlar suvarma kanalında su qıtlığı olduğundan bu işləri görmək mümkün olub. Ancaq suvarma kanalında suyun çoxalmasından sonra  əkin sahəsindən qaynamalar başlayıb. Hazırda pambığın səpin möhcümü başlamaq üzrədir. Ancaq buna baxmayaraq Əsli Muradova əkin sahəsində səpini apara bilmir.

Səbəb də  Melorasiya və Su Təsərrüfatı ASC-nin  tabeliyində olan  idarələrin ona məxsus torpağı məhv etməsidir. Qarabağ Meşə Melorasiya İdarəsi  drenajlar yaratmadığından, şor kanalları təmizləmədiyindən yeraltı suları  axıtmır. Bərdə Suvarma Sistemləri İdarəsi də ərazidən keçən suvarma kanallarını təmizləmədiyindən axıdılan su məcrasında  maneələrlə üzləşdiyindən torpağa hopub, səviyyəcə aşağı yerlərdən bulaq kimi qaynayır. 

Şəhid anası Əsli Muradovaya  məxsus torpağın yan  və baş tərəflərindən keçən kanallar kol-kosla  tutulub. Plastik, pampers və digər tullantılar kol, qamışlıqlara ilişdiyindən suyun axımını çətinləşdirir. Nəticədə, axan su maneərlə üzləşdiyindən daha çox torpağa süzülür. Qrunt suların süzülüb axmasını təmin edə biləcək kanalların olmadığından əkin üçün istifadə olunmalı torpaq sahəsində qalır. İndi Əhmədzadənin idarəsinin biri yeri sulayır, o birisi qaynayan suyu gedəcəyi yerə axıtmır. Neçə illərdir ki, şəhid ailəsinə məxsus suyun altında qalır.

Miq.Az-a şikayət edən şəhid anası Əsli Muradova bildirir ki, dəfələrlə keçmiş sədr Əhməd Əhmədzadənin və onun yerdəki Qarabağ Meşə Melorasiya İdarəsinin ünvanına müraciətlər etsə də, ərazidəki melorasiya probleminin aradan qaldırılması üçün heç bir tədbir görülməyib. Müraciətlər olunmağına baxmayaraq  şəhid anasına zərrə qədər də yardım göstərməyiblər. Mütəxəsisləri əraziyə baş çəksədə sadəcə qrunt suyunun  qaynadığı yerə baxmaqla kifayətlənərək qayıdıblar.
 
Hansı ki, yaranmış melirasiya problemini qiymətləndirilməsindən ötrü ərazidəki bütün şor kanalların araşdırılmasına ehtiyyac varıydı. Belə ki, şor kanalları qanunsuz müdaxilələrə məruz qalır. Əkin sahələrini genişləndirmək üçün doldururlar. Ya da ki əkin sahələrini suvarmaq üçün qarşısın kəsib, istismar edirlər. Yaxın ərazilərdə şor kanalların deyilən kimi qanunsuz müdaxilələrə məruz qalması isə bunun kimi  mövcud problemi yaratmış olur.
 
Qarabağ Meşə Melorasiya İdarəsinindən verilən cavab vətəndaşa lazım olan köməkliyin göstərilməsindən yox, problemi onun üzərinə atmaqdan ibarət olub. 
Bildiriblər ki, burda bizlik bir şey yoxdur. Kanallar təmizdir. Edilən müraciətlər də  bizdən demaqoqluqdur, o da sözkəsənlik olsun deyə təmiz kanalı yenidən qazımışıq. 
Qarabağ Meşə Melorasiya İdarəsinin mütəxəsisi yerin ortasında çökəkliyin olmasını, suvarma suyuna çıxış olmadığından, orada yığılıb qalmasını israr etmiş, ərazidə qrunt suyunun qaynamasını inkar etmişdi.
Meşə Melorasiya İdarəsinin qiymətli tövsiyyələrin həyata keçirmək istəyən Əsli Muradova  Melorasiya texnikaları tapıb, gətirib. Kamazlarla torpaq daşıdıb. Əkin sahəsində hamarlama işləri aparıb. 20 min manatlıq xərclərdən sonra  Qarabağ  Meşə Melorasiya İdarəsindən gəlmiş mütəxəsisin proqnozu doğrulmayıb. Hansı ki, onların dediyinə görə, hamarlama işlərindən sonra əkin sahəsində su olmalı deyildi.  Xeyli xərclərdən sonra görülən işlərin faydası olmayıb. Həmən Melorasiya İdarəsinin mütəxəsislərinin yalan danışdığı məlum olub. Və yenə də Şəhid anası Əsli Muradovaya məxsus torpaq sahəsindən su qaynayır.
Kanalların tullantılarla, plastik qablar, polietilen torbalar və digər bu qəbildən olan çirklənmələrə məruz qalmasında Melorasiya və Su Təsərrüfatı ASC-nin Kanalların Mühafizə İdarəsini məsuliyyət daşısada fəaliyyəti əsla görünmür. Bununda nəticəsində əkin sahələri sürətlə çirklənməyə məruz qalır.
 
Ümid edək ki, Melorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Məmmədov Əhmədzadədən qalan streotipi sındırmaqla torpaqlarımızın qeydinə qalacaq, şəhid anası Əsli Muradovaya üzləşdiyi problemin həllində köməklik göstərəcəkdir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az