Sumqayıt sakini qapısına gələn "su pulu yığan"ı bıçaqladı

Sumqayıt sakini qapısına gələn

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin 42-ci məhəlləsində olub. Sumqayıt Su-kanal İdarəsində debitor üzrə nəzarətçi kimi fəaliyyət göstərən Adil Balayev iş başında olarkən bıçaqlanıb.

Hadisəylə bağlı Sumqayıt Su-kanal İdarəsindən bildiriblər ki, ötən gün 16:00-16:05 radələrində, xidməti vəzifəsini yerinə yetirən Adil Balayev həmin məhəllədəki evlərdən birinin qapısını döyüb və abonentə 609 AZN borcu olduğu haqqında məlumat verib:

"Cavab olaraq abonent işçiyə bildirib ki, sənə demişəm mənim qapımı döymə. A.Balayev razılaşaraq aşağı mərtəbəyə düşüb, amma ev sakini əlində bıçaqla gələrək eyni sözləri təkrarlayıb və nəzarətçini itələyərək yerdə ona üç bıçaq zərbəsi endirib”.

İdarədən A.Balayevin hazırda vəziyyətinin normal olduğu qeyd olunub:

"O, dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və orada əməliyyat olunub. Həkimlərlə danışmışıq, işçinin vəziyyəti hazırda normaldır. İki-üç günə evə buraxılacaq”.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az