Suriyada atəşkəslə bağlı razılaşma

Suriyada atəşkəslə bağlı razılaşma
Yaponiya ABŞ və Rusiya arasında Suriyada atəşkəslə bağlı razılaşmanı alqışlayıb


Yaponiya ABŞ və Rusiya arasında Suriyada atəşkəslə bağlı razılaşmanın əldə olunmasını alqışlayıb. Bu barədə Yaponiyanın xarici işlər naziri Fumio Kişida fevralın 23-də təşkil edilən mətbuat konfransında məlumat verib.

F.Kişida deyib: "Biz bu razılaşmanı alqışlayırıq. Hesab edirik ki, Suriyada vəziyyətin sabitləşməsi üçün bütün mümkün vasitələrdən tam gücü ilə istifadə davam etdirilməlidir”.

Nazir əlavə edib ki, Yaponiya Suriya məsələsi ilə bağlı, xüsusən humanitar yardım göstərmək üçün digər ölkələrlə əməkdaşlığı davam etdirəcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az