“Suriyadakı savaş Rusiya şəhərlərinə keçə bilər” – Dövlət Departamenti

“Suriyadakı savaş Rusiya şəhərlərinə keçə bilər” – Dövlət Departamenti

"Suriyadakı mövcud vəziyyətdən radikal qüvvələr istifadə edə və Rusiya şəhərləri də hücuma məruz qala bilər”.

"Report” "CNNTurk”ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında deyib.
Diplomat qeyd edib ki, Suriyada daxili münaqişə davam edərsə, bu vəziyyətdən bəzi radikal qruplar istifadə edə bilər: "Bu savaş Suriya sərhədini aşaraq, Rusiya şəhərlərinə də keçə bilər”.

Onun sözlərinə görə, Suriyadakı daxili savaşın davam etməsindən Rusiya hərbçiləri də zərər görər: "Rusiya hərbçiləri tabutlarda vətənə dönər, ölkə bu müharibədə daha çox döyüş təyyarəsi itirər”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az