Milli Məclisin deputatları Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə görüş keçrilməsini təklif ediblər. Modern.az-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğunun bugünkü iclasında "Yol Hərəkəti haqqında” qanunun müzakirəsi zamanı deputat Elşən Musayev deyib ki, dəfələrlə Milli Məclisdə Dövlət Yol Polisin rəhbərliyi ilə deputatların görüşünün keçrilməsi üçün məsələ qaldırılıb.
"Mən xahiş edirəm ki, bir çox problemləri onların diqqətinə çatdırmaq üçün görüş təşkil olunsun. Məsələn, deputatların avtomobilini saxlanması və yaxud da bir çox nəzərə çarpan məsələlər var ki, onlara aydınlıq gətirilsin”.
Deputat Tahir Kərimli isə dəfələrlə milliət vəkilləri ilə Dövlət Yol Polisinin əməkdaşları arasında müəyyən anlaşılmazlıqların olduğunu bildirib.
"Hətta bizim bir xanım deputatın avtomobili Dövlət Yol Polisinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Dövlət Yol Polisin rəhbərliyi aşağı hissələrə izah etsinlər ki, "Deputatın statusu haqqında” qanuna və Konstitusiyaya görə deputatın toxunulmaz şəxsdir”.
Komitə sədri Əli Hüseynli söz verib ki, Baş Dövlət Yol Polisin rəhbərliyinin iştirakı ilə belə bir müzakirə keçriləcək.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?