Suyun verilməsi iki gün ərzində tam bərpa olunacaq
Yaxın iki gün
ərzində Bakının Yasamal, Səbail və Binəqədi rayonlarında suyun verilməsi
tam bərpa olunacaq. Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, bu barədə "Azərsu” ASC-nin mətbuat
xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
İyulun 10-da Kür-Bakı magistral boru xəttində baş verən qəza ilə əlaqədar yuxarıda adıçəkilən rayonlarda su fasilələrlə verilir.
A.Cəbrayıllı
qeyd edib ki, təmir işləri davam edir və problemin 95 faizi həll
edilib: "İki gün ərzində suyun verilməsi tam bərpa olunacaq”.
O həmçinin bildirib ki, şənbə axşamı paytaxtın Nəsimi rayonunda baş verən qəzanın nəticələri də aradan qaldırılıb.