Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq - Polisdən XƏBƏRDARLIQ

Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq - Polisdən XƏBƏRDARLIQ
Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq.

Trend-in məlumatına görə, bunu Tehranın polis rəisi Hüseyn Rəhimi deyib.
H.Rəhimi bildirib: "Bütün vətəndaşları bu aya hörmətlə yanaşmağa çağırırıq. Hətta oruc tuta bilməyən vətəndaşlardan bunu bəyan etməmələrini istəyirik”.
Polis rəisi əlavə edib ki, kafe və restoranların fəaliyyəti səhərdən şam azanına qədər qadağandır.
Onun sözlərinə görə, yemək sifarişi həyata keçirmək istəyən hər hansı iaşə mərkəzi polisdən lazımi icazəni almalıdır.
H.Rəhimi bildirib ki, otellər və kinoteatrlar iftardan səhərədək fəaliyyət göstərə bilərlər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az