"Bakı Ekspo Mərkəzi”ndə keçirilən IX Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisində Türkiyənin digər ali təhsil müəssisələri ilə bərabər bizim universitetimiz də iştirak edir. Bu sərgiyə çox böyük maraq olduğunu görürük.
Vətəninfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Türkiyənin İstanbul Aydın Universitetinin təmsilçisi Səbinə Hüseynova bildirib. S.Hüseynova qeyd edib ki, sərgidə iştirak etməkdə məqsədimiz universitetimizdə təhsil almaq imkanları, təhsil proqramları və s. barədə gənclərə ətraflı məlumat verməkdir. Türkiyənin ali məktəblərində xeyli azərbaycanlı tələbə oxuyur. 37 minədək tələbəsi olan İstanbul Aydın Universitetində 4 min xarici vətəndaş təhsil alır, onların arasında azərbaycanlı tələbələr çoxluq təşkil edir.
S.Hüseynova IX Beynəlxalq təhsil və karyera sərgisinin çox yaxşı təşkil olunduğunu da vurğulayıb.
Xatırladaq ki, təhsil və karyera sərgisi oktyabrın 11-də başa çatacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL