Avqustun 1-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində "Təmiz hava” aylığına start verib.
Avqustun 31-dək davam edəcək "Təmiz hava” aylığı aksiyasının əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.
Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.
AZƏRTAC
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri