Təmsilçimiz yarımfinalda

Təmsilçimiz yarımfinalda

Azərbaycanı Rioda keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünə çıxıb. 

 80 kq çəki dərəcəsində çıxış edən iranlı legioner 1/8 finalda Malidən olan İsmael Kulibali ilə qarşılaşıb. İlk yarıda Harçeqani rəqibin başına zərbə endirərək hesabı 4:0-a çatdırıb. Hakimlər tərəflərə xəbərdarlıq da ediblər. 

İkinci hissədə Azərbaycan taekvondoçusu daha 7 xal qazanıb, rəqibi isə 4 xalla kifayətlənib.

Üçüncü hissədə tərəflər hərəyə 2 xal qazanıblar. Nəticədə 13:5 hesabı ilə qalib gələn Harçeqani 1/4 finalda Mahdi Xodabaxşi (İran) - Migel Ferrera (Honduras) cütünün qalibi ilə qarşılaşacaq. Bu qarşılaşma saat 22:45-də başlanacaq. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az