Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, şəhərin DOS 6 massivi bina 74 ev 4-də yaşayan 1991-ci il təvəllüdlü Habil Müqalib oğlu Məhərrəmov yaşadığı binanın yaxınlığında bıçaqlanıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Növbətçi həkim Rafael Əsədovun bildirdiyinə görə, xəstəyə sol baldırın kəsilmiş-deşilmiş diaqnozu qoyulub və ona tibbi yardım göstərilib. Hadisə şahidlərinin sözlərinə görə, Habil Məhərrəmov tanımadığı şəxslərin hücumuna məruz qalıb və bıçaqlanıb.
Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma aparılır.
Daha bir bıçaqlanma hadisəsi isə Gəncənin 3 mikrorayon ərazisində qeydə alınıb. Kəlbəcər rayon sakini və hazırda Gəncədə müvəqqəti məskunlaşan 1985-ci il təvəllüdlü Pərviz Bayram oğlu Həsənovun dediyinə görə, gecə saatlarında tanımadığı şəxslər tərəfindən əl nahiyəsindən bıçaqlanıb. Tüfeyli həyat tərzi sürən yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib və hazırda vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL