Tərcümə Mərkəzi dil kurslarına qəbul elan edir

Tərcümə Mərkəzi  dil kurslarına qəbul elan edir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi qeyri-rezidentlərin (Azərbaycanda yaşayan xarici vətəndaşların) Azərbaycan dilini düzgün və daha rahat şəkildə mənimsəmələri məqsədilə dil kurslarına qəbul elan edir.

Mərkəzin məlumatına görə, kursun aidiyyatlı qrupu qismində xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliklərində çalışan vətəndaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və əməkdaşları, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi əsilli şəxslər nəzərdə tutulur.

Kurslar interaktiv və praktiki formatda təşkil edilir. Dərslər, əsasən, şifahi danışıq dilinin və yazı mədəniyyətinin mənimsənilməsi istiqamətində həyata keçirilir.

Kursların başlanğıc tarixi: – sentyabr 2015

Müddəti: – 5 ay

Məşğələlərin sayı: – Həftədə 2 dəfə

Dərs müddəti: 1,5 saat

Kursların keçirildiyi ünvan: Tərcümə Mərkəzinin inzibati binasi (Əlimərdan Topçubaşov küçəsi, 74.)

Kursların aylıq ödənişi: 100 AZN

Kurslara qeydiyyata düşmək üçün sənədlər aşağıda qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud, kağız formatında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir.

Kurslara qeydiyyat üçün lazım olan sənədlər:

1) Şəxsiyyət vəsiqəsinin surəti

2) 2 ədəd fotoşəkil

3) CV

Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74.

E-mail: [email protected]

Əlaqə telefonu: (+994 12) 595-10-69



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az