Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədilə təşkil etdiyi ixtisasartırma və dil kurslarına qeydiyyat oktyabrın 1-də başa çatır.
Vətəninfo.az AZƏRTAC-a istinadən bildirir ki, müxtəlif sahələri əhatə edən ixtisasartırma kursları ingilis, fransız, alman, italyan, ispan, türk, fars, ərəb və Azərbaycan dillərindən rus dilinə tərcümə üzrə təşkil olunur. Dil kursları isə müxtəlif səviyyələr və dillər üzrə təşkil edilir.
Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə tərcüməçinin peşəkarlıq səviyyəsindən asılı olaraq 2-6-12 aydır.
Məşğələlər həftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbul qeydiyyatı davamlıdır. Kurslar ödənişlidir.
Kurslara qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsinin surəti, 2 ədəd fotoşəkil və CV [email protected] elektron poçt ünvanına göndərilməli, yaxud kağız formatında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”