Tiflisdə tkilməkdə olan binanın uçması ilə əlaqədar cinayət işi açılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən (tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması) açılıb.
DİN-dən bildirilib ki, uçqun zamanı ölənlərin sayı 4 nəfər ölüb.
Tiflis Fövqəladə Hallar Departamentindən verilən məlumata görə, "Tiflis biznes Mərkəzi"nin tikdiyi binanın uçması 4-cü mərtəbədən başlayıb. Nəticədə üçüncü mərtəbə də uçub. Hadisə nəticəsində 3 nəfər həlak olub. Bir fəhləni isə xilas etmək mümkün olub. Dağıntılar arasında qalan daha bir nəfər xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, binada yeni uçqun olacağı gözlənilir.
* * *
Gürcüstanın paytaxtı Tiflisdə yaşayış binası çöküb.
Azvision.az "Qruziya Online"-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə dağıntılar altında dörd nəfər qalıb.
Xilasedicilər bir nəfəri xilas edə bilsələr də, dağıntılar altında qalan üç nəfər həlak olub. Hadisə yerində xilasedicilər işləyir.
Çökən binanın üzərində daha iki mərtəbənin tikilməsi də planlaşdırılıb və fəhlələr 24 saatlıq iş rejimində çalışıblar. Yerli KİV-lər xəbər verir ki, orada otel tikintisi planlaşdırılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL