Tillerson Lavrova başsağlığı verib
Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson telefon danışığı keçirilib. Rusiya XİN mətbuat xidmətinin verdiyi xəbərə görə, diplomatlar iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
Telefon danışığının ABŞ tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir.
"Dövlət katibi Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin vəfatı ilə bağlı ölkə rəhbərliyinin adından başsağlığı verib. Həmçinin, ikitərəfli və beynəlxalq miqyaslı aktual məsələlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Miq.Az