Toy məclisində müğənni bıçaqlandı (VİDEO)

Toy məclisində müğənni bıçaqlandı (VİDEO)

Paytaxtda toy məclisində dava zamanı müğənni bıçaqlanıb. 

Miq.Az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Binəqədi rayonunun Xocasən qəsəbəsində qeydə alınıb. Məlumata görə, 25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu ''Murad'' şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.
 
Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.
 
Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.
[video=http:// ]
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az