Tələbə Qəbulu üzrə Dövlət Komissiyası V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib.
Xəbərdə deyilir ki, xəbərdarlığa məhəl qoymayan və şərtləri ödəyə bilməyən abituriyentlər ixtisas seçiminə buraxılmırlar.
Şərtlərə görə, 9 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə biləcəklər. İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq.
11 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq.
Qurumdan xatırladıblar ki, müsabiqə şərtlərini ödəyən abituriyentlərin hansı ixtisasa qəbul olub-olmaması barədə öncədən proqnoz verilmir. Çünki hər şey müsabiqə vəziyyətindən asılıdır.
virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL