Tramp ölkəsini NATO-dan çıxarıb Türkiyəni vuracaq? - İsraillə ortaq PLAN

Tramp ölkəsini NATO-dan çıxarıb Türkiyəni vuracaq? - İsraillə ortaq PLAN
Ölkəsinin İran əməliyyatına etiraz əlaməti olaraq istefaya getmiş ABŞ-nin yüksək təhlükəsizlik rəsmisi sensasion açıqlama ilə çıxış edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu fikirlər ReAl partiyasının sabiq sədri, siyasətçi İlqar Məmmədova məxsusdur. 

"ABŞ-nin keçmiş təhlükəsizlik rəsmisi bu gün yazıb ki, ABŞ NATO-dan qarşıdakı İsrail–Türkiyə münaqişəsində İsrailin tərəfini tutmaqdan ötrü ayrılmağa çalışır. Ay yarım əvvəl isə İsrailin keçmiş və ola bilər ki, həm də gələcək baş naziri Naftali  də dedi ki, növbəti hədəf məhz Türkiyədir. Bu fikirlər doğru çıxsa, Azərbaycan ən yaxın gələcəkdə özünün iki müttəfiqi arasında seçim etməli olacaq".

Məlumat üçün bildirək ki, son günlər ABŞ-nin NATO-dan çıxacağı ilə bağlı müzakirələr səngimək bilmir.

Ağ Evin mətbuat katibi Karolin Levitin son açıqlamasından sonra isə mövzu daha da aktuallaşıb. O, açıq şəkildə bəyan edib ki, Amerika lideri NATO-nun baş katibi ilə ABŞ-ın alyansdan mümkün çıxması variantını müzakirə edəcək.

Bundan <a href="https://savashmedia.az/tramp-olkesini-nato-dan-cixarib-turkiyeni-vuracaq-israille-ortaq-plan" target="_blank">bir</a> qədər öncə isə ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmaq istədiyini etiraf etmişdi.

O, öz mövqeyini Hörmüz boğazı ətrafında baş verənlərlə bağlı  müttəfiqlərinin dəstəyinin olmaması ilə əlaqələndirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az