Tramp Madonnanı iyrənc adlandırdı

Tramp Madonnanı iyrənc adlandırdı
Müğənni Madonna "Qadınların marşı" aksiyası zamanı ABŞ prezidenti Donald Trampın ünvanına nalayiq ifadələr işlədib

Ölkə.Az xəbər verir ki, Tramp müğənninin  çıxışını şərh edib. Onun sözlərinə görə, Madonnanın çıxışı ABŞ üçün utancvericidir: "Düzünü söyləsəm, o, iyrəncdir".

İranlı müğənni Təranə Əlidostu isə "Oskar" mükafatını boykot edib. Buna səbəb isə ABŞ prezidenti Donald Trampdır. Tramp bu yaxınlarda açıqlama verərək 7 müsəlman ölkəsi üçün viza məsələsini məhdudlaşdıracağını bildirmişdi.

Qeyd edək ki, Əlidostu Əsgər Fərhadinin filmində kamera qarşısına keçib. Film isə "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" namizədidir. Aktrisa mükafatın təqdimetmə mərasimində iştirak etməyəcək. "İranlılar üçün viza qadağası irqçilikdir"-deyə Təranə əlavə edib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az