Tramp Rusiyada qarşısı alınan terakt haqda
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən kəşfiyyat məlumatlarının Rusiyaya verilməsi nəticəsində Sankt-Peterburqda terror aktının qarşısının alınması kəşfiyyat məlumatlarının mübadiləsinin düzgün nümunəsidir.
Trend-in verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, bu terror aktı zamanı minlərlə insan həlak ola bilərdi: "Onlar terrorçuları hücumdan əvvəl saxlamağı və insanların ölümünün qarşısını alıblar və bu çox gözəldir".
Qeyd edək ki, dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin Trampla telefon danışığı zamanı terror aktlarının qarşısını almağa kömək edən məlumatların Rusiyaya verilməsinə görə ABŞ prezidentinə təşəkkürünü bildirib.
Miq.Az