Trampın dollarla bağlı şok qərar verəcəyi gözlənilir

Trampın dollarla bağlı şok qərar verəcəyi gözlənilir
ABŞ prezidenti Donald Tramp yaxın zamanda dolların devalvasiyası ilə bağlı qərar verəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın ən böyük maliyyə qurumlarından olan "Bank of America” (BofA) məlumat yayıb.
Bankın analitikləri Xəzinə Nazirliyindən təlimat gələn kimi Nyu-York Mərkəzi Bankının dolları sataraq, başqa valyutalar almağa başlayacağını və nəticədə dolların ucuzlaşacağını açıqlayıblar.
ABŞ iqtisadiyyatı ötən il 2,9 faiz inkişaf edib, lakin ilin sonuna doğru ciddi şəkildə durğunluq yaranıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, qarşıdakı iki ildə ABŞ-ın ümum daxili məhsulu azalacaq.
Tramp hesab edir ki, dollar ucuzlaşacaqsa, bu xarici ölkələrin ABŞ məhsullarını almasını təşviq edəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az