ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfəri zamanı Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla təkbətək görüşdən imtina edib.
"Report” xəbər verir ki, bunu "Qraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, səfər proqramına əsasən C.Bolton Ermənistanda ilk görüşü A.Qriqoryanla keçirməli imiş, ancaq onun şəxisyyətindən ehtiyat etidiy üçün bu baş tutmayıb: "Düzdür, Con Bolton Təhlükəsizlik Şurasına baş çəkib. Ancaq Armen Qriqoryanla təkbətək görüş keçirməyib. Görüş zamanı bir tərəfdə Con Bolton qarşı tərəfdə isə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan olub. Günün sonunda Qriqoryan onu şam yeməyinə dəvət etsə də Con Bolton bundan imtina edib. Amerikalı rəsmi Yerevanda keçirdiyi mətbuat konfransından sonra Ermənistanı tərk edib”.
Qeyd edək ki, C.Bolton Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib. O, Yerevanda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ayrılıqda, xarici işlər naziri Zöhrab Mnatsakanyan və Təhlükəsizlik Şurasının katibi A.Qriqoryanla isə birlikdə görüşüb.
Xatırladaq ki, A.Qriqoryan Yerevan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, eləcə Ermənistan Amerika Universitetini bitirib. O, Rusiyanın beynəlxalq qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edib. A.Qriqoryan 2018-ci ilin mayında bu vəzifəyə təyin olunub.
“Mədəniyyət ocağı yox, təhlükə mənbəyi” - Hövsandakı yarımçıq layihənin məsuliyyəti kimdədir?
Deputat: “Sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı qiymətləndirmələr aparılır”
Hər ailədə ikinci uşağa 200 manat… - AÇIQLAMA
Bakı-Tbilisi qatarında yükə görə də PUL ALINACAQ - Maksimum çəki
Osman Gündüz: “Qiymətləri 3-4 dəfə qaldırmaq yolverilməzdir”
Əkrəm Həsənov: "Azərbaycanda “uşaqpulu” üçün vəsait demək olar, yoxdur"
AMİP və Müsavat arasında gərginlik – “Surət Hüseynova vəzifəni kim vermişdi?”
“ADY rəhbəri cəmiyyətə iqtisadi sanksiya tətbiq edib" - ŞOK AÇIQLAMA
RUSİYA VƏ TÜRKİYƏYƏ DƏ QATARLA GEDƏ BİLƏCƏYİK? - Ekspertdən quru sərhədləri ilə bağlı mühüm AÇIQLAMA
Ukraynada 10 gündə 6 azərbaycanlı həlak olub
“ADY rəhbəri cəmiyyətə iqtisadi sanksiya tətbiq edib" - ŞOK AÇIQLAMA
“Bu əmsal artmır, biz elə yerində sayırıq” - Prezidentdən SƏRT SÖZLƏR
AMİP və Müsavat arasında gərginlik – “Surət Hüseynova vəzifəni kim vermişdi?”
Bakı-Tbilisi qatarında yükə görə də PUL ALINACAQ - Maksimum çəki
Osman Gündüz: “Qiymətləri 3-4 dəfə qaldırmaq yolverilməzdir”