Trampın səs yazısı ortaya çıxdı: “O yataqda…”
ABŞ prezidentliyinə namizəd Donald Tramp yenidən dünya və yerli mətbuatın gündəmini zəbt edib. Milyarderə məxsus 2004-ci ilə aid qalmqallı bir səs yazısı ortaya çıxıb. Səs yazısında Trampın Hollivud aktrisası Lindsi Lohanın yataqda çox yaxşı olduğu haqqında dediyi sözlər yer alıb.
Belə ki, 2004 -cü ildə milyarderin CNN radio aparıcısı Hovard Sternə verdiyi müsahibənin səs yazıları bu gün ortaya çıxıb.
Daha sonra müsahibə əsnasında aparıcının Trampa:”Bu problemli gənc qızla yatmağın necə ola biləcəyini düşünə bilirsən? sualına Tramp: ”Yəqinki haqlısan. Həqiqətən çox narahat bir qızdı. Elə buna görədə yataqda çox yaxşıdır. Dərin problemləri olan qadınlar necə olur bilirsən. O, cür qadınlar yataqda hər zaman ən yaxşı olanlar deyillərmiydi?”- deyə cavab verib.
Miq.az