Trampın sirli qırmızı düyməsi: Nüvə silahı hücumu, yoxsa...

Trampın sirli qırmızı düyməsi: Nüvə silahı hücumu, yoxsa...
Məşhur sirli qırmızı düymənin nə işə yaradığı bilindi

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki oval otağında yerləşən iş stolunun üstündəki qırmızı düymənin nə işə yaradığı məlum olub.

Associated Press-in əməkdaşı Julian Pace Trampın otağından reportaj hazırlayıb.

Qırmızı düymə barəsində çox şayiələr gəzirdi. Hətta bildirilirdi ki, Tramp qırmızı düyməni sıxmaqla nüvə silahlarını işə salır.

Lakin hər şey çox bəsit imiş. J.Pace xəbər verir ki, prezident məşhur qırmızı düyməni sıxanda Ağ Evin gözətçisi otağa kola içkisi gətirir.

Qırmızı düymə xidməti əvvəlki prezidentlərin də dönəmində olub.(İstiPress)

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az