İyunun 26-da Fransa və Küveytdəki hücumların ardından Tunis də terrora hədəf olub.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Tunisdəki turistlər üçün nəzərdə tutulan iki otelin çimərliyinə hücum edən silahlı təcavüzkar 39 adamı öldürüb. Polislə qarşıdurmada öldürülən Seyfeddin Yacoubi adlı 23 yaşındakı təcavüzkarın Tunisli bir tələbə olduğu bildirilir.
Tunisin səhiyyə nazirliyinin sözçüsü Şükrü Nutfi açıqlamasında deyib ki, hücumda aralarında Tunis, Almaniya, İngiltərə və Belçika vətəndaşlarının olduğu 39 adam həyatını itirib, 40 nəfər isə yaralanıb.
Yaralılardan 3-nün vəziyyəti isə ağırdır.
Seyfeddin Yacoubi adlı 23 yaşındakı terrorçu tunisli tələbə elə hadisə yerində polislər tərəfindən məhv edilib.
Tunisin yüksək səviyyəli təhlükəsizlik səlahiyyətlisi Refiq Çellinin sözlərinə görə, ölkənin mərkəzindəki Kayruan bölgəsindən gələn təcavüzkar üstündəki “Kalaşnikov” avtomatını çimərlik çətirinin altında saxlayaraq otelin ərazisinə girib və hovuzun olduğu hissədən keçərək çimərliyə çatana qədər rastlaşdığı insanları vurub.
Çelli hücumun tək adam tərəfindən reallaşdırıldığının düşünüldüyünü də qeyd edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL