Türkiyə aviasiyası Suriyada İŞİD-in 100-ə yaxın mövqeyini dağıtdı

Türkiyə aviasiyası Suriyada İŞİD-in 100-ə yaxın mövqeyini dağıtdı
Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində "Azad Suriya Ordusu" ilə birgə Suriyanın şimalında İŞİD-in 94, PYD-nin (Demokratik İttifaq Partiyası) isə 9 mövqeyini darmadağın edib.

Trend-in verdiyi məlumata görə, əməliyyat zamanı iki nəfər ölüb, "Azad Suriya Ordusu"nun 16 üzvü xəsarət alıb.

Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı başlayandan "Azad Suriya Ordusu" 164 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az