Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirəcək dəmir yolu xətti çəkilə bilər

Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirəcək dəmir yolu xətti çəkilə bilər

İran Türkiyə, Azərbaycan (Naxçıvan Muxtar Respublikası) və Ermənistanın şəhərlərini birləşdirəcək dəmir yolu xətti inşa etməyi planlaşdırır.

Bu barədə İranın yol və şəhər inkişafı naziri Abbas Axundiyə istinadən "İran.ru" agentliyi məlumat yayıb.

Axundi bildirib ki, İran ölkənin şimal şəhəri Rəşt və Türkiyəni dəmir yolu vasitəsi ilə birləşdirməyə çalışır.

"Biz Rəştdən Zəncan və Təbriz istiqamətində bütün dəmir yollarını hazırlayırıq. Bu dəmir yolu Türkiyə, Ermənistan və Naxçıvanın şəhərlərini birləşdirəcək", - deyə o bildirib. ("Report")

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az