Türkiyə Ermənistanla sərhəddə divar çəkməyəcək

Türkiyə Ermənistanla sərhəddə divar çəkməyəcək
Türkiyə Ermənistan və Gürcüstanla sərhəddə divar inşa etməyəcək, bununla belə, həmin ölkələrlə olan sərhədləri elektron nəzarət sistemləri ilə təchiz edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Türkiyənin "Anadolu” informasiya agentliyinə verdiyi müsahibədə bildirib.
"Hesab edirəm ki, yaxın iki ay ərzində müvafiq addımlar atılacaq. Hələlik söhbət modul divarın inşasından yox, sadəcə, elektron təhlükəsizlik sisteminin qurulmasından gedir”, – deyə nazir bildirib. Soylu Türkiyə-İran sərhədində modul divarın inşası üzrə nəzərdə tutulan işlərin yarısının tamamlandığını əlavə edib.
Türkiyəli nazir əmin edib ki, Türkiyənin Ağrı və Iğdır vilayətlərinin əraziləri boyunca uzanan sərhəddə qurulan üç metr hündürlükdə və 144 kilometr uzunluqda olan divar  müstəsna olaraq terrora qarşı mübarizə, qaçaqmalçılıq və qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi daşıyır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az