“Türkiyə hər an partlamağa hazır olan vulkandır” - General

“Türkiyə hər an partlamağa hazır olan vulkandır” - General
Rusiyanın Ankaradakı səfirinin qətlə yetirilməsi  ilk növbədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətinə qarşı yönəlib.

"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Misirin Dövlət Təhlükəsizliyinin sabiq nazir müavini, briqada generalı Fuad Allyam söyləyib.

"Bu ilk növbədə Rusiya ilə münasibətləri yüksək səviyyəyə çatdıran Ərdoğan rejiminə qarşı törədilib”,-deyə general vurğulayıb.

Onun sözlərinə görə, hücum həmçinin Türkiyə hakimiyyətinin bu yaxınlarda ordu, polis və xüsusi xidmət orqanlarının sıralarında təmizləmə aparması ilə əlaqəli ola bilər. Bu təmizləmə nəticəsində bir çox güc strukturlarında mövcud hakimiyyətə qarşı düşməncəsinə yanaşmalar var.

"Ərdoğanın orduya qarşı etdiklərindən sonra Türkiyə hər an partlamağa hazır olan vulkandır”, -deyə o bildirib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az